Ədəbiyyatımızın ən böyük klassiklərindən biri kimi şöhrətlənmiş Hüseyn
Cavid qələmə aldığı faciələrdə Şərq taleyinin müxtəlif ciddi problemlərini
qaldırmış, türkçülük ideyalarını təbliğ etmiş, ümumbəşəri məsələləri yüksək
humanizm mövqeyindən işıqlandırmışdır.
“Əsərləri”nin bu son cildinə sənətkarın “Xəyyam” (1935) və “İblisin
intiqamı” (1936-1937) dramları daxil edilmişdir.
Bəlkə də ən poetik, ən şairanə pyesi olan “Xəyyam”da Cavid Şərqin
qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm
edir. Əsrinə sığmayan şairin həyat mübarizəsi əsərin əsas süjet xəttini təşkil
edir.
Hüseyn Cavidin bütünlükdə bədii bioqrafiyasından qırmızı xətt kimi
keçən İblis ideyası və obrazı öz qanunauyğun fəlsəfi-estetik və bədii yeku-
nunu dramaturqun son əsərində – faşizm əleyhinə çevrilən, müharibə məfku-
rəsinin təhlilinə həsr olunan “İblisin intiqamı”nda tapır.
Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplan-
mışdır.
| Format | Size | |
|---|---|---|
| 584.6 KB | Download | |